Üzümüzü qadınlara tuturuq!

Üzümüzü qadınlara tuturuq!

Bir zamanlar əzilən, ata, qardaş, ər şiddəti görən, amma ayaq üstə dayanan, güc tapan, özünü xilas edən, işini qurub, öz pulun qazanan və bu gün başqa qadınlara kömək etmək iqtidarında olan qadınlara!
Biz, Avropada yaşayan bir neçə qadın olaraq, Azərbaycanda yaşayan, orda ailənin kişi və bəzən də elə qadın üzvləri tərəfindən təhqirə, şiddətə, alçaldılmalara məruz qalan həmcinslərimizin halına yanırıq. Bilirik ki, orda polis də, məhkəmə də, vəkil də, hakim də, və nə yazıq ki, cəmiyyət də təcavüzçü, zorakı kişinin tərəfini saxlayır. Maddi asılılıq, getməyə yeri olmamaq, hüquqi yardim ala bilməmək, insanların tənəsi, özünə inanmamaq kimi səbəblər yüzlərlə, minlərlə qadınlarımızı evdə ata, qardaş, ər yumruğuna dözməyə vadar edir. Bəzən bu yumruqlar ona uşağının gözü qarşısında vurulur, bəzən zədəni təkcə o deyil, körpələr də alır.
Biz bu qadınların heç olmasa bir qismini xilas etmək, onlara ilkin hüquqi, psixoloji və maddi yardım vermək istəyirik. Amma bunu ani və bir dəfəlik etmək deyil, institulaşdırmaq, sistemləşdirmək qərarına gəldik. Qərara gəldik ki, aylıq büdcə ayıraq, o pul ölkəmizdə şiddət görən qadınlara sərf edilsin. İlk olaraq üç qadın – Səmra Sədrəddinli, Günay Mustafayeva  və Günel Mövlud olaraq ilk yatırmı edirik və o pulu bir qadının hüquqi və digər problemərinin həllinə yönəldirik.
Əziz qadınlar, xüsusilə də, maddi çətinliyi olmayan qadınlar, sizi də bu aksiyaya qoşulmağa dəvət edirik. O qadınlara birdəfəlik yardım lazım deyil, hər ay xırda bir məbləğ yardım edə biləcəyimiz bir fond lazımdır. Bütün pullar Azərnaycanda xərclənəcək, bütün pullara böyük bir qadınlar şəbəkəsi tərəfindən nəzarət ediləcək. İctimai fəallığı olan, ictimai inam qazanmış, qadın haqları mövzusunda həssas, diqqətli adamlar bütün prosesə nəzarət edəcəklər.
Bir zamanlar özünüzün üzləşdiyiniz çətinlikləri başqalarının da aşmasına yardım edin. O vaxt sizə kömək etmiş insanları yadınıza salın və indi özünüz həmin yaxşı adam olmağa çalışın.
Qeyd etmək istəyirik ki, bu aksiyaya heç kim qoşulmasa belə, biz üç qadın öz maddi yardımımızı davamlı edəcəyik və hər ay Bakidaki mobil qrupda müəyyən bir məbləğ olacaq ki, şiddət görmüş qadınlara kömək etsin.
Əlbəttə, köməyin, yaxşılığın cinsi yoxdur. Köməyi bütün cinslər edə bilər. Biz qadınlara üzümüzü tutmaqla onlardakı empati hissini əsas tuturuq, düşünürük ki, bu çətinliklərdən keçmiş qadınlar bizi və o şiddət görən, əzilən, təhqir edilən həmcinslərini daha dərindən anlaya bilərlər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma