Məişət zorakılığının ən geniş yayılmış formalarından biri də cinsi zorakılıqdır. Cinsi zorakılıq haqqında çox zaman onun cinsi zorakılığa məruz qalmış şəxsə yaxın olmayan insanlar tərəfindən törədildiyi kimi analyışlar mövcuddur. Lakin cinsi zorakılığın xarakterinə və baş vermə formalarına nəzər yetirdikdə, onun ailədaxili zorakılığın bir növü və çox zaman fiziki şiddət zəminində baş verən zorakılığın tərkib hissəsi olduğu məlum olur.
