“Ağ zolaq” zorakılığa məruz qalan qadınlara yardım üzrə təşəbbüs qrupu tərəfindən seminar təşkil olunub.
“Davranışa nəzarət – psixoloji zorakılıq” adlı seminar 27 iyul 2019-cu il saat 18.00-da Baku İdealab ofisində baş tutub.
Seminarda “Məişət zorakılığının görünməyən tərəfləri hansılardır?”, “Davranışa nəzarət özündə nələri ehtiva edir?”, “Hansı nəzarət taktikaları var?”, “Bu cür nəzarətin qarşısını necə almaq olar?” kimi suallar müzakirə edilib.
Seminarın spikeri Vəfa Rüstəm olmuşdur. Vəfa Rüstəm 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olmuşdur. Bakıda və regionlarda vəkillərə və gənc hüquqşünaslara insan haqları mövzusunda təlimlər keçmişdir. Son illərdə əsasən şəxsi həyata hörmət hüququ və bu hüquq daxilində mənəvi, psixoloji toxunulmazlıq sahəsində ixtisaslaşmışdır.