“Psixi pozuntular və stiqmalarla mübarizə” mövzusunda seminar keçirilib

“Ağ Zolaq” ilə əməkdaşlıq nəticəsində həyata keçirilən “Elm Havaları” mühazirələr sessiyasının bu dəfəki spikeri Röya Məmmədova “Psixi pozuntular və stiqmalarla mübarizə” mövzusu ətrafında çıxış edib.  Seminar 2019-cu il avqustun 6-da Baku IdeaLab ofisində baş tutub.

Hələ qədim zamanlardan psixi xəstəlikləri olan insanlara münasibət neqativ olub. İnsanlar başa düşmədikləri proseslərə qarşı qorxu və şübhə ilə yanaşıblar. Psixi pozuntuları isə müxtəlif inanclarla şərh ediblər. Psixiatriya elmi meydana gəldikdən sonra da psixi pozuntu ilə yaşayan şəxslərə qarşı mənfi münasibət, təcridetmə davam edir. Fərd ona qoyulan diaqnozla markalanır, ona mənfi keyfiyyətlər yüklənir və sosial statusu aşağı salınır. Stereotiplər o qədər güclüdür ki, insanlar psixiatr müayinəsindən çəkinir, bəzən isə çarəni xalq təbabətində və ekstrasenslərdə axtarır.

Seminarda “Bəs psixi pozuntulu insanlardan qorxmaq lazımdırmı?”, “Hansı psixi pozuntular var və onlar bir-birindən nə ilə fərqlənir?”, ““Dəlilik” diaqnozu varmı?”, “Psixi pozuntusu olan dostlarımızla necə davranmalıyıq?” kimi suallar müzakirə edilib.

Röya Məmmədova – Azərbaycan Dövlət Tibb Universitetində psixiatriya və Psixi Sağlamlıq Mərkəzində psixoterapiya üzrə təhsil almışdır. 2018-ci ildə Harvard Universitetinin İctimai Səhiyyə Məktəbində təhsilini davam etdirmişdir. Hal-hazırda Psixi Sağlamlıq Mərkəzinin Reabilitasiya şöbəsinin müdiridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma