Ginekoloqa gedərkən nə qədər rahatıq?

* Bu yazıda “qadın” sözü doğuluşda cinsiyəti “qadın” kimi təyin olunmuş şəxslərə şamil edilir. “Normal hallarda ginekoloq qəbulu obyektivlik və hörmət əsasında təşkil edilməli, minimum diskomfort və maksimum rahatlıqla keçməli, həkim və pasiyent arasında etibar əsasında qurulmalıdır.” Bu sözləri artıq illərdir ginekoloq qəbuluna yazıldığım zaman öz – özümə təkrarlayıram. Özümü razı salmağa, əslində burda qorxulu heç nə olmadığına inandırmağa çalışıram. Sağlamlıq utancaqlıq və qorxudan daha … Ginekoloqa gedərkən nə qədər rahatıq? oxumağa davam et

“Hükümet Kadın” filminin nümayişi keçirilib

23 dekabr bələdiyyə seçkiləri günüdür və namizədlər arasında ictimai fəallığı ilə seçilən qadınlar – Rəbiyyə Məmmədova (Binəqədi qəsəbə bələdiyyəsi) və Vəfa Nağı (Neftçala rayon Xolqaraşlı kəndi) da var. Onların bələdiyyə seçkilərinə namizədliyini dəstəkləmək məqsədilə, “Ağ Zolaq” təşəbbüs qrupu “Hükümet kadın” filminin nümayişini təşkil edib. Nümayiş 2019-cu il dekabrın 1-də baş tutub. “Hükümet kadın”  filmi – səkkiz uşaq anası, təhsilsiz və siyasətlə maraqlanmayan Midyatlı bir qadın olan Xatedən bəhs … “Hükümet Kadın” filminin nümayişi keçirilib oxumağa davam et

“Psixi pozuntular və stiqmalarla mübarizə” mövzusunda seminar keçirilib

“Ağ Zolaq” ilə əməkdaşlıq nəticəsində həyata keçirilən “Elm Havaları” mühazirələr sessiyasının bu dəfəki spikeri Röya Məmmədova “Psixi pozuntular və stiqmalarla mübarizə” mövzusu ətrafında çıxış edib.  Seminar 2019-cu il avqustun 6-da Baku IdeaLab ofisində baş tutub. Hələ qədim zamanlardan psixi xəstəlikləri olan insanlara münasibət neqativ olub. İnsanlar başa düşmədikləri proseslərə qarşı qorxu və şübhə ilə yanaşıblar. Psixi pozuntuları isə müxtəlif inanclarla şərh ediblər. Psixiatriya elmi meydana … “Psixi pozuntular və stiqmalarla mübarizə” mövzusunda seminar keçirilib oxumağa davam et

“Məişət zorakılığı – fərqindəlik və qurtuluş” adlı seminar keçirilib

“Ağ zolaq” zorakılığa məruz qalan qadınlara yardım üzrə təşəbbüs qrupu tərəfindən “Məişət zorakılığı – fərqindəlik və qurtuluş” adlı seminar təşkil olunub. Seminar 28 iyul 2019-cu il saat 18.00-da Baku İdealab ofisində baş tutub. Seminarda “Məişət zorakılığı nədir?”, “Hansı növləri var?”, “Fiziki zorakılıq zamanı ata biləcəyimiz addımlar hansılardır?”, “Öz təhlükəsizliyimizi necə təmin edə bilərik?”, “Məişət zorakılığına məruz məruz qalmış şəxslərə hansı köməkliyi göstərə bilərik?” kimi suallar … “Məişət zorakılığı – fərqindəlik və qurtuluş” adlı seminar keçirilib oxumağa davam et

“Davranışa nəzarət – psixoloji zorakılıq” adlı seminar keçirilib

“Ağ zolaq” zorakılığa məruz qalan qadınlara yardım üzrə təşəbbüs qrupu tərəfindən seminar təşkil olunub. “Davranışa nəzarət – psixoloji zorakılıq” adlı seminar 27 iyul 2019-cu il saat 18.00-da Baku İdealab ofisində baş tutub. Seminarda “Məişət zorakılığının görünməyən tərəfləri hansılardır?”, “Davranışa nəzarət özündə nələri ehtiva edir?”, “Hansı nəzarət taktikaları var?”, “Bu cür nəzarətin qarşısını necə almaq olar?” kimi suallar müzakirə edilib. Seminarın spikeri Vəfa Rüstəm olmuşdur. Vəfa Rüstəm … “Davranışa nəzarət – psixoloji zorakılıq” adlı seminar keçirilib oxumağa davam et

Cinsi zorakılıq nədir?

Məişət zorakılığının ən geniş yayılmış formalarından biri də cinsi zorakılıqdır. Cinsi zorakılıq haqqında çox zaman onun cinsi zorakılığa məruz qalmış şəxsə yaxın olmayan insanlar tərəfindən törədildiyi kimi analyışlar mövcuddur. Lakin cinsi zorakılığın xarakterinə və baş vermə formalarına nəzər yetirdikdə, onun ailədaxili zorakılığın bir növü və çox zaman fiziki şiddət zəminində baş verən zorakılığın tərkib hissəsi olduğu məlum olur. Cinsi zorakılıq nədir? oxumağa davam et

Gözləyək onlar sistemi dəyişsin, sonra?

 Müəllif: Fidan Nazar Qarabağda müharibə vaxtı Ermənistan hərbçiləri tərəfindən öldürülən qadınların sayından çox, ölkə daxilində azərbaycanlı kişilər, yəni ərləri, qardaşları, oğulları, bir sözlə kişi qohumları tərəfindən, öz evinin içində öldürülən qadınlar var. Amma birinci qətliam daim lənətlənir. Yaxşı, bəs o soyqırımdır, ikinci variantdakı qətllər nədir? O problemdirsə, bəs, bu nədir?! Erməni öldürən candır, azərbaycanlı öldürən nədir?! Müharibədə öldürülənlər insandırsa – bu meyidləri ortada qalanlar kimdir? … Gözləyək onlar sistemi dəyişsin, sonra? oxumağa davam et

Suratelin hekayəsi

Adım Surateldir. 68 yaşım var, təqaüdçüyəm. Uzun illər kitabxanada xadimə işləmişəm, kolxoz vaxtı pambıqçı, üzümçü olmuşam, 6 uşaq böyütmüşəm. Kənd yerində doğulmuşam, burda böyümüşəm, yoldaşım dünyasını dəyişməmişdən 2 il əvvəl şəhərə köçmüşük. İndi şəhərdə yaşayıram.  Bizim kənddə mən həmişə pis qarşılanmışam, mənə deyilməyən söz qalmayıb. Uşaqlarımla tez-tez bunun üstündə mübahisəmiz olub. Davalarımız olub. İndi tək yaşayıram. Yoldaşım rəhmətə gedəndən bəri. Düz 10 ildir.  Mənim uşaqlarımla, … Suratelin hekayəsi oxumağa davam et

Baş kəsməklə böyüyən uşaqlarımız

Müəllif: Günel Mövlud     Azərbaycandakı qohumlarla ancaq Skype vasitəsilə əlaqə saxlayıram. Qohum deyəndə ki, onsuz da çoxu ilə münasibətim yoxdur, anam və qardaşlarım, o qədər. Onlarla danışanda, adətən uşaqlarımın yanımda olmasını istəmirəm. Çünki, minlərlə kilometr uzaqdan uşaqlarımın mentalitetini pozacaq şeylər yağır ekrandan. Qardaşım uşaqları ilə böyüklər arasındakı ən xırda gərginlik “öldürəcəm səni!”, “başını kəsəcəm”, “boğaram səni”, “ağzının üstündən indi bir şillə tutuzduracam” kimi ifadələrlə … Baş kəsməklə böyüyən uşaqlarımız oxumağa davam et

Leylanın uğur hekayəsi

  Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.   Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub. Bayaq dedim, bir … Leylanın uğur hekayəsi oxumağa davam et