Aygünün uğur hekayəsi

  Adım Aygündür. Mənim həyatım çox qəribə olub. Tam bir filmlik, seriallıq. 18 yaşım olanda nişanlandım sevdiyim oğlanla. 7 aydan sonra nişanı qaytardı oğlan ailəsi. Razı deyildilər bizim evliliyimizə. Kənd yeri idi. Söhbət yayıldı. Bütün kənddə qeybətimi etməyə başladılar ki, görəsən qızın nə eyibi varmış ki, oğlan tərəf nişanı qaytarıb.  Bu söhbət ailəmizə çox ciddi təsir elədi. Hamı məhv olmuşdu. Gündə döyülürdüm evdə. Heç cür … Aygünün uğur hekayəsi oxumağa davam et

Övlada görə dözmək

Müəllif: Günel Mövlud         Mən o günü çox dərin bir kədərlə xatırlayıram. Çünki o gün hər şey başqa cür olsaydı, yəqin ki, həyatımdan çox şey daha yaxşı olacaqdı. Amma o gün heç nəyi dəyişmədi. Sadəcə yaddaşımda dərin, hüznlü, uşaq olduğuma baxmayaraq, yaxşı hiss edə bildiyim məğlubluq dolu bir iz buraxdı. Ağlım kəsəndən atamı sevməmişəm. Sevməyə cəhd etmişəm amma. Onun yaxşı xüsusiyyətlərinə daha çox … Övlada görə dözmək oxumağa davam et

Transgender qadının uğur hekayəsi: “Mən seks köləsi olmaqdan imtina etdim”

Adım Amelidir. Oğlan bədənində doğulmuşam, amma uşaq vaxtı qızlara daha çox empati bəsləyirdim. Onların paltarlarından xoşum gəlirdi. O vaxt transgenderin nə olduğunu bilmirdim, özümdə bir problem olduğunu düşünürdüm. Amma böyüdükcə internetdən bu barədə oxudum, öz kimliyimi anladım. Ailəm bunu hələ mən yeniyetmə ikən başa düşmüşdü. Atam olmayıb, məni anam, babam və nənəm böyüdüb. Bir dəfə 8-də oxuyanda anam otağıma girib məni makiyaj edərkən yaxaladı. Həmin … Transgender qadının uğur hekayəsi: “Mən seks köləsi olmaqdan imtina etdim” oxumağa davam et

Şiddət göstərən kişilərin iki tipi

Müəllif: Humay Axundzadə     Çoxları elə düşünür ki, ailədə şiddət göstərən kişilər mütləq mənada psixi pozuntulu və ya ruhi xəstələrdir. Mediada dəhşətli qətl hadisələrindən xəbər tutanda elə bilirik ki, bu, yalnız sosial-iqtisadi çətinliklər yaşayan, təhsil səviyyəsi aşağı olan ailələrdə baş verə bilər. Əslində isə ailədə şiddət cəmiyyətimizin bütün sosial-mədəni təbəqələrini əhatə edir. Sadəcə, bəzi mühitlərdə bu, daha açıq-aşkar və daha çılpaq şəkildə olur. Digərləri … Şiddət göstərən kişilərin iki tipi oxumağa davam et

İkinci evimiz

    Gəlin,  bu gün hamımızın çox yaxşı bildiyi, amma əksəriyyət tərəfindən gözardı edilən bir mövzu barədə düşünək. Qadına qarşı zorakılıq deyəndə çoxumuzun ağlına məişət zorakılığı, qadınların təhsil almağının qarşısının alınması, onlarla seksual obyekt kimi rəftar olunması və s. gəlir. Amma qadına qarşı zorakılığın çox incidən, yaralayan, eşidilməyən, fikir verilməyən, “məsum” formaları var ki, hər gün, hər saniyə gənc qızların qanadlarını qırır, xəyallarını söndürür, öz … İkinci evimiz oxumağa davam et

Sonanın hekayəsi

Adımı demək istərdim, amma qohumlarım internetdən aktiv isitifadə edən adamlardır. Ona görə də, dəyişim, Sona olsun. Hekayəmi danışım olduğu kimi.  17 yaşım olanda bir kənd müəlimi qaçırdı məni. Zorla qaçırmışdı, amma yaraşıqlı oğlan idi, mehriban, mədəni. Tez vuruldum ona, yəqin ki, uşaq idim ona görə. Toy elədilər, sonra nikah, sonra da ilk uğursuz hamiləliyim oldu. Yoldaşımın anası ilə bir evdə qalırdıq, zəhmi yeri-göyü yaran bir … Sonanın hekayəsi oxumağa davam et

Televiziya seriallarında obrazların və qadına qarşı zorakılıq hallarının təhili

Müəllif: Turana Nuri    Azərbaycan televiziya serialları sektorunda yeni olsa da, uzun illərdir ki, başqa ölkələrin, xüsusən Türkiyənin istehsalı olan TV serialları ölkədə yayımlanmaqdadır. Müxtəlif yaş qruplarına xitab edən bu seriallar istər yetkinlər, istərsə də uşaqlar arasında populyardır. Seriallar təbliğ etdiyi dəyərlər və anlayışlarla onları izləyən nəslin formalaşmasında, düşüncələrinin yönləndirilməsində xüsusi rol oynayır. Təəssüf ki, hər bir TV serialı üçün müəyyən yaş meyarı olduğu halda, … Televiziya seriallarında obrazların və qadına qarşı zorakılıq hallarının təhili oxumağa davam et

Nağıllarda qadına yanaşma və qadına qarşı zorakılıq

Müəllif: Turana Nuri      Uşaqlıq dönəmi insanın kimliyinin formalaşması və cəmiyyətdəki rolunu anlaması baxımından xüsusi əhəmiyyət daşıyır. Nağıllar isə düşünülənin əksinə olaraq, bu formalaşma və anlama prosesində çox böyük rola malikdir. Fərqi yoxdur, valideyn oxuyur, yoxsa uşaq daha sonrakı mərhələdə özü oxumağa başlayır. Uşaqlar hər hansı yolla dünya xalqlarının məşhur nağılları ilə tanış olurlar. Disney kimi məşhur film şirkətlərinin bu nağılları ekrana daşıması ilə … Nağıllarda qadına yanaşma və qadına qarşı zorakılıq oxumağa davam et

Dəli Kür

Zorakılıq və yaradıcı məsuliyyət

Müəllif: Günel Mövlud     Adətən, keçmişdə etdiklərimə görə utanmıram, səhvlərim başımı daşa vura-vura çox şey öyrədib. Bununla belə, utandığım bir şey var. Yeniyetmə vaxtlarımda bir dəfə məndən ədəbiyyatda ideal kişi obrazı kimdir deyə soruşmuşdular, cavabında İsmayıl Şıxlnın “Dəli Kür” romanından Cahandar ağanı demişdim. Halbuki, kim idi Cahandar ağa?  – Həyat yoldaşının üstünə günü (ikinci həyat yoldaşı) gətirən, bir qadını çay kənarında görüb, zorla qaçıran, … Zorakılıq və yaradıcı məsuliyyət oxumağa davam et

“Valideynlərim orientasiyamı qəbul etmədi, amma…”

“Valideynlərim orientasiyamı qəbul etmədi, amma zamanla hər şey dəyişdi” Adım Ethandır. 21 yaşım var. Aşpaz işləyirəm. Əvvəllər lesbiyan olduğumu düşünürdüm. Indi genderfluid oldugum qənaətinə gəlmişəm. Bir müddət düşündüm ki, əslində lesbiyan yox, transgenderəm. Amma transgenderlərin də hiss etsiklərinin bəziləri məndə vardı, bəziləri yox. Çünki bədənimə nifrət etmirəm. Özümü belə sevirəm. Bəzən qadın, bəzən kişi kimi hiss edirəm. Ola bilər ki, nə vaxtsa cinsiyyət dəyişdirim. Amma … “Valideynlərim orientasiyamı qəbul etmədi, amma…” oxumağa davam et