İlqarənin hekayəsi

Adım İlqarədir. 60 yaşım var. İş qadınıyam, Rusiyada yaşayıram. 3 övladım var, biri qızdır. Mən kənd yerində, çoxuşaqlı ailədə böyümüşəm, altı bacının ən balacası idim. Kənd yerini bilən bilir, bəlkə də indi bir az rahatdır, amma sovet vaxtı hər şey başqa cür idi. Həyətdə mal qara, kolxoz işində pambıq, üzümçülük. Yükün çoxu anamla biz qızların üstündə idi. Bacılarım bir-bir ailə qurduqca, görürdüm ki, elə ər … İlqarənin hekayəsi oxumağa davam et

Meydan TV: Şiddətə məruz qalan qadınlara dəstək kampaniyası başladıldı

Mənbə: Meydan TV  “Kampaniyaya dəstək olanlar arasında kişilər azdır” Ailədaxili zorakılığa məruz qalan qadınların başlarına gələnləri sosial şəbəkələr vasitəsilə ictimailəşdirməsi halları çoxalıb. Son dövrlər əsasən də ictimai şəxslər bu problemlərlə üzləşdiklərini deyirlər və bu da, geniş müzakirə mövzusuna çevrilir. Müzakirələrdən belə aydın olur ki, şiddətə məruz qalan qadınlar psixoloji və maddi dəstəklə bağlı problem də yaşayırlar. Artıq jurnalist Səmra Sədrəddinli, yazar Günel Mövlud və ictimai … Meydan TV: Şiddətə məruz qalan qadınlara dəstək kampaniyası başladıldı oxumağa davam et

Mikroskop Media: Azərbaycanda zorakılığa məruz qalan qadınlara dəstək qrupu yaradılıb

Mənbə: Mikroskop Media Bir qrup qadın hüquqları aktivisti Azərbaycanda şiddətə məruz qalıb köməksiz vəziyyətə düşən həmcinslərinə yardım üçün təşəbbüs qrupu yaradıb. Yazar Günel Mövlud, Günay Mustafayeva və jurnalist Səmra Sədrəddinlinin birgə yaratdığı qrupun məqsədi qadınlara hüquqi, psixoloji və s. yardımlar etməkdir. Avropada yaşayanlar kampaniyaya dəstək üçün hər ay ortaq hesaba göndərilən pulun köməyi ilə ailədaxili şiddətlə üzləşən qadınlara dəstək olacaq. Bununla yanaşı təşəbbüs qrupuna pulsuz … Mikroskop Media: Azərbaycanda zorakılığa məruz qalan qadınlara dəstək qrupu yaradılıb oxumağa davam et

“Nə özünüzü məhv edin, nə də övladlarınızı”

Müəllif: Ayşən Ayxan Anam atamla ayrılanda 33 yaşı var idi. Yenidən təhsil aldı, o təhsilin işə yaramadığını görüb kurslara getdi. Bir ildən çox 200 AZN maaşa mühasib köməkçisi işləyib mühasibatlığı öyrəndi. 8 ilə yaxın mühasib kimi çalışdı. Elə oldu ki, sonuncu işindən ayrılmalı oldu. Uzun müddət yaş məhdudiyyətinə görə iş tapa bilmədi. 45 yaşında yenidən proqram öyrənməyə başladı, hansı ki, hotel mühasibatlığında istifadə olunur və … “Nə özünüzü məhv edin, nə də övladlarınızı” oxumağa davam et

Üzümüzü qadınlara tuturuq!

Üzümüzü qadınlara tuturuq! Bir zamanlar əzilən, ata, qardaş, ər şiddəti görən, amma ayaq üstə dayanan, güc tapan, özünü xilas edən, işini qurub, öz pulun qazanan və bu gün başqa qadınlara kömək etmək iqtidarında olan qadınlara! Biz, Avropada yaşayan bir neçə qadın olaraq, Azərbaycanda yaşayan, orda ailənin kişi və bəzən də elə qadın üzvləri tərəfindən təhqirə, şiddətə, alçaldılmalara məruz qalan həmcinslərimizin halına yanırıq. Bilirik ki, orda … Üzümüzü qadınlara tuturuq! oxumağa davam et