Leylanın uğur hekayəsi

  Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.   Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub. Bayaq dedim, bir … Leylanın uğur hekayəsi oxumağa davam et

Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir?

Müəllif: Günel Mövlud Şiddətə qarşı məlumatlanaq, şəbəkələşək! Bir aya yaxındır ki, sosial şəbəkələrdə Rim Geli adlı şiddət qurbanı barədə məlumatlar paylaşılır. Rim Geli iriçaplı məmur Elxan Orucovun oğlu Ruslan Orucovun keçmiş həyat yoldaşıdır. 11 illik evlilik boyunca Rim döyülüb, hədələnib, ailəsindən miras qalmış evləri satılıb, özü Rusiya vətəndaşı olduğu üçün dəfələrlə uşaqları əlindən alınaraq, deportasiya ediləcəyi ilə hədələnib. Məhkəmə yüksək çinli məmurdan çəkinərək, qadının övladlarını … Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir? oxumağa davam et

Aygünün uğur hekayəsi

  Adım Aygündür. Mənim həyatım çox qəribə olub. Tam bir filmlik, seriallıq. 18 yaşım olanda nişanlandım sevdiyim oğlanla. 7 aydan sonra nişanı qaytardı oğlan ailəsi. Razı deyildilər bizim evliliyimizə. Kənd yeri idi. Söhbət yayıldı. Bütün kənddə qeybətimi etməyə başladılar ki, görəsən qızın nə eyibi varmış ki, oğlan tərəf nişanı qaytarıb.  Bu söhbət ailəmizə çox ciddi təsir elədi. Hamı məhv olmuşdu. Gündə döyülürdüm evdə. Heç cür … Aygünün uğur hekayəsi oxumağa davam et

Övlada görə dözmək

Müəllif: Günel Mövlud         Mən o günü çox dərin bir kədərlə xatırlayıram. Çünki o gün hər şey başqa cür olsaydı, yəqin ki, həyatımdan çox şey daha yaxşı olacaqdı. Amma o gün heç nəyi dəyişmədi. Sadəcə yaddaşımda dərin, hüznlü, uşaq olduğuma baxmayaraq, yaxşı hiss edə bildiyim məğlubluq dolu bir iz buraxdı. Ağlım kəsəndən atamı sevməmişəm. Sevməyə cəhd etmişəm amma. Onun yaxşı xüsusiyyətlərinə daha çox … Övlada görə dözmək oxumağa davam et

Günayın uğur hekayəsi

Adım Günay Mustafayevadır, 30 yaşım var. Tipik rayon ailəsində doğulmuşam. Ailəm dindar olmasa da, son zamanlar bütün ölkədə əsən din rüzgarı mənim də atamdan yan keçməmişdi, bacılarım namaza başlamışdılar. Anam isə sovet təsirində qalmışdı, ateist idi. Amma təbii ki, bunu heç vaxt dilinə gətirmirdi. Ata tərəfdən nənə və babamla yaşayırdıq. Həmişə söz-söhbətləri, problemləri olurdu, dalaşırdılar, sonra nənəm anamı incidirdi. Üç qız doğub deyə, oğul anası … Günayın uğur hekayəsi oxumağa davam et