Gözləyək onlar sistemi dəyişsin, sonra?

 Müəllif: Fidan Nazar Qarabağda müharibə vaxtı Ermənistan hərbçiləri tərəfindən öldürülən qadınların sayından çox, ölkə daxilində azərbaycanlı kişilər, yəni ərləri, qardaşları, oğulları, bir sözlə kişi qohumları tərəfindən, öz evinin içində öldürülən qadınlar var. Amma birinci qətliam daim lənətlənir. Yaxşı, bəs o soyqırımdır, ikinci variantdakı qətllər nədir? O problemdirsə, bəs, bu nədir?! Erməni öldürən candır, azərbaycanlı öldürən nədir?! Müharibədə öldürülənlər insandırsa – bu meyidləri ortada qalanlar kimdir? … Gözləyək onlar sistemi dəyişsin, sonra? oxumağa davam et

Leylanın uğur hekayəsi

  Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.   Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub. Bayaq dedim, bir … Leylanın uğur hekayəsi oxumağa davam et

Aygünün uğur hekayəsi

  Adım Aygündür. Mənim həyatım çox qəribə olub. Tam bir filmlik, seriallıq. 18 yaşım olanda nişanlandım sevdiyim oğlanla. 7 aydan sonra nişanı qaytardı oğlan ailəsi. Razı deyildilər bizim evliliyimizə. Kənd yeri idi. Söhbət yayıldı. Bütün kənddə qeybətimi etməyə başladılar ki, görəsən qızın nə eyibi varmış ki, oğlan tərəf nişanı qaytarıb.  Bu söhbət ailəmizə çox ciddi təsir elədi. Hamı məhv olmuşdu. Gündə döyülürdüm evdə. Heç cür … Aygünün uğur hekayəsi oxumağa davam et

Övlada görə dözmək

Müəllif: Günel Mövlud         Mən o günü çox dərin bir kədərlə xatırlayıram. Çünki o gün hər şey başqa cür olsaydı, yəqin ki, həyatımdan çox şey daha yaxşı olacaqdı. Amma o gün heç nəyi dəyişmədi. Sadəcə yaddaşımda dərin, hüznlü, uşaq olduğuma baxmayaraq, yaxşı hiss edə bildiyim məğlubluq dolu bir iz buraxdı. Ağlım kəsəndən atamı sevməmişəm. Sevməyə cəhd etmişəm amma. Onun yaxşı xüsusiyyətlərinə daha çox … Övlada görə dözmək oxumağa davam et

İkinci evimiz

    Gəlin,  bu gün hamımızın çox yaxşı bildiyi, amma əksəriyyət tərəfindən gözardı edilən bir mövzu barədə düşünək. Qadına qarşı zorakılıq deyəndə çoxumuzun ağlına məişət zorakılığı, qadınların təhsil almağının qarşısının alınması, onlarla seksual obyekt kimi rəftar olunması və s. gəlir. Amma qadına qarşı zorakılığın çox incidən, yaralayan, eşidilməyən, fikir verilməyən, “məsum” formaları var ki, hər gün, hər saniyə gənc qızların qanadlarını qırır, xəyallarını söndürür, öz … İkinci evimiz oxumağa davam et