Baş kəsməklə böyüyən uşaqlarımız

Müəllif: Günel Mövlud     Azərbaycandakı qohumlarla ancaq Skype vasitəsilə əlaqə saxlayıram. Qohum deyəndə ki, onsuz da çoxu ilə münasibətim yoxdur, anam və qardaşlarım, o qədər. Onlarla danışanda, adətən uşaqlarımın yanımda olmasını istəmirəm. Çünki, minlərlə kilometr uzaqdan uşaqlarımın mentalitetini pozacaq şeylər yağır ekrandan. Qardaşım uşaqları ilə böyüklər arasındakı ən xırda gərginlik “öldürəcəm səni!”, “başını kəsəcəm”, “boğaram səni”, “ağzının üstündən indi bir şillə tutuzduracam” kimi ifadələrlə … Baş kəsməklə böyüyən uşaqlarımız oxumağa davam et

Leylanın uğur hekayəsi

  Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.   Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub. Bayaq dedim, bir … Leylanın uğur hekayəsi oxumağa davam et

Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir?

Müəllif: Günel Mövlud Şiddətə qarşı məlumatlanaq, şəbəkələşək! Bir aya yaxındır ki, sosial şəbəkələrdə Rim Geli adlı şiddət qurbanı barədə məlumatlar paylaşılır. Rim Geli iriçaplı məmur Elxan Orucovun oğlu Ruslan Orucovun keçmiş həyat yoldaşıdır. 11 illik evlilik boyunca Rim döyülüb, hədələnib, ailəsindən miras qalmış evləri satılıb, özü Rusiya vətəndaşı olduğu üçün dəfələrlə uşaqları əlindən alınaraq, deportasiya ediləcəyi ilə hədələnib. Məhkəmə yüksək çinli məmurdan çəkinərək, qadının övladlarını … Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir? oxumağa davam et

Günayın uğur hekayəsi

Adım Günay Mustafayevadır, 30 yaşım var. Tipik rayon ailəsində doğulmuşam. Ailəm dindar olmasa da, son zamanlar bütün ölkədə əsən din rüzgarı mənim də atamdan yan keçməmişdi, bacılarım namaza başlamışdılar. Anam isə sovet təsirində qalmışdı, ateist idi. Amma təbii ki, bunu heç vaxt dilinə gətirmirdi. Ata tərəfdən nənə və babamla yaşayırdıq. Həmişə söz-söhbətləri, problemləri olurdu, dalaşırdılar, sonra nənəm anamı incidirdi. Üç qız doğub deyə, oğul anası … Günayın uğur hekayəsi oxumağa davam et

Sizə çatan halqada şiddət zəncirini qırın

Müəllif: Günel Mövlud 3 il əvvəl Praqada bir tədbirdə Rusiyadan bir jurnalist qızla tanış oldum. Bir-birinizi sosial şəbəkələrdə izləməyə başladıq. Paylaşımlarını izləyirəm, iki il boyu Amazon çayının bütün sahilini dolanıb, yerli xalqlardan maraqlı reportajlar edirdi, bu onun həm işi, həm də həyat tərzidir. Günlərin birində ilk baxışdan rahat, özünə əmin, ayaqları üstündə duran bu qızdan qəribə bir paylaşım oxudum. O keçmiş sevgilisi, daha doğrusu, bir … Sizə çatan halqada şiddət zəncirini qırın oxumağa davam et