Gözləyək onlar sistemi dəyişsin, sonra?

 Müəllif: Fidan Nazar Qarabağda müharibə vaxtı Ermənistan hərbçiləri tərəfindən öldürülən qadınların sayından çox, ölkə daxilində azərbaycanlı kişilər, yəni ərləri, qardaşları, oğulları, bir sözlə kişi qohumları tərəfindən, öz evinin içində öldürülən qadınlar var. Amma birinci qətliam daim lənətlənir. Yaxşı, bəs o soyqırımdır, ikinci variantdakı qətllər nədir? O problemdirsə, bəs, bu nədir?! Erməni öldürən candır, azərbaycanlı öldürən nədir?! Müharibədə öldürülənlər insandırsa – bu meyidləri ortada qalanlar kimdir? … Gözləyək onlar sistemi dəyişsin, sonra? oxumağa davam et

Şiddət göstərən kişilərin iki tipi

Müəllif: Humay Axundzadə     Çoxları elə düşünür ki, ailədə şiddət göstərən kişilər mütləq mənada psixi pozuntulu və ya ruhi xəstələrdir. Mediada dəhşətli qətl hadisələrindən xəbər tutanda elə bilirik ki, bu, yalnız sosial-iqtisadi çətinliklər yaşayan, təhsil səviyyəsi aşağı olan ailələrdə baş verə bilər. Əslində isə ailədə şiddət cəmiyyətimizin bütün sosial-mədəni təbəqələrini əhatə edir. Sadəcə, bəzi mühitlərdə bu, daha açıq-aşkar və daha çılpaq şəkildə olur. Digərləri … Şiddət göstərən kişilərin iki tipi oxumağa davam et

Sonanın hekayəsi

Adımı demək istərdim, amma qohumlarım internetdən aktiv isitifadə edən adamlardır. Ona görə də, dəyişim, Sona olsun. Hekayəmi danışım olduğu kimi.  17 yaşım olanda bir kənd müəlimi qaçırdı məni. Zorla qaçırmışdı, amma yaraşıqlı oğlan idi, mehriban, mədəni. Tez vuruldum ona, yəqin ki, uşaq idim ona görə. Toy elədilər, sonra nikah, sonra da ilk uğursuz hamiləliyim oldu. Yoldaşımın anası ilə bir evdə qalırdıq, zəhmi yeri-göyü yaran bir … Sonanın hekayəsi oxumağa davam et

Televiziya seriallarında obrazların və qadına qarşı zorakılıq hallarının təhili

Müəllif: Turana Nuri    Azərbaycan televiziya serialları sektorunda yeni olsa da, uzun illərdir ki, başqa ölkələrin, xüsusən Türkiyənin istehsalı olan TV serialları ölkədə yayımlanmaqdadır. Müxtəlif yaş qruplarına xitab edən bu seriallar istər yetkinlər, istərsə də uşaqlar arasında populyardır. Seriallar təbliğ etdiyi dəyərlər və anlayışlarla onları izləyən nəslin formalaşmasında, düşüncələrinin yönləndirilməsində xüsusi rol oynayır. Təəssüf ki, hər bir TV serialı üçün müəyyən yaş meyarı olduğu halda, … Televiziya seriallarında obrazların və qadına qarşı zorakılıq hallarının təhili oxumağa davam et

Mikroskop Media: Azərbaycanda zorakılığa məruz qalan qadınlara dəstək qrupu yaradılıb

Mənbə: Mikroskop Media Bir qrup qadın hüquqları aktivisti Azərbaycanda şiddətə məruz qalıb köməksiz vəziyyətə düşən həmcinslərinə yardım üçün təşəbbüs qrupu yaradıb. Yazar Günel Mövlud, Günay Mustafayeva və jurnalist Səmra Sədrəddinlinin birgə yaratdığı qrupun məqsədi qadınlara hüquqi, psixoloji və s. yardımlar etməkdir. Avropada yaşayanlar kampaniyaya dəstək üçün hər ay ortaq hesaba göndərilən pulun köməyi ilə ailədaxili şiddətlə üzləşən qadınlara dəstək olacaq. Bununla yanaşı təşəbbüs qrupuna pulsuz … Mikroskop Media: Azərbaycanda zorakılığa məruz qalan qadınlara dəstək qrupu yaradılıb oxumağa davam et