Gözləyək onlar sistemi dəyişsin, sonra?

 Müəllif: Fidan Nazar Qarabağda müharibə vaxtı Ermənistan hərbçiləri tərəfindən öldürülən qadınların sayından çox, ölkə daxilində azərbaycanlı kişilər, yəni ərləri, qardaşları, oğulları, bir sözlə kişi qohumları tərəfindən, öz evinin içində öldürülən qadınlar var. Amma birinci qətliam daim lənətlənir. Yaxşı, bəs o soyqırımdır, ikinci variantdakı qətllər nədir? O problemdirsə, bəs, bu nədir?! Erməni öldürən candır, azərbaycanlı öldürən nədir?! Müharibədə öldürülənlər insandırsa – bu meyidləri ortada qalanlar kimdir? … Gözləyək onlar sistemi dəyişsin, sonra? oxumağa davam et

Baş kəsməklə böyüyən uşaqlarımız

Müəllif: Günel Mövlud     Azərbaycandakı qohumlarla ancaq Skype vasitəsilə əlaqə saxlayıram. Qohum deyəndə ki, onsuz da çoxu ilə münasibətim yoxdur, anam və qardaşlarım, o qədər. Onlarla danışanda, adətən uşaqlarımın yanımda olmasını istəmirəm. Çünki, minlərlə kilometr uzaqdan uşaqlarımın mentalitetini pozacaq şeylər yağır ekrandan. Qardaşım uşaqları ilə böyüklər arasındakı ən xırda gərginlik “öldürəcəm səni!”, “başını kəsəcəm”, “boğaram səni”, “ağzının üstündən indi bir şillə tutuzduracam” kimi ifadələrlə … Baş kəsməklə böyüyən uşaqlarımız oxumağa davam et

Leylanın uğur hekayəsi

  Adım Leyladır, 39 yaşım var. Bir oğul və bir qız anasıyam, boşanmışam. Yəqin ki, bir az fərqli adamam, bizneslərim var, amma rayon yerində yaşayıram. Arxamda heç bir kişi yoxdu.   Demək olar, Bakıya ancaq bir neçə günlüyə, mal almağa, işlə bağlı danışmağa gəlmişəm, tez də qayıtmışam. Niyə bilmirəm, amma heç vaxt marağım olmayıb Bakıya. Yəqin ona görə ki, rayonda hər şeyim olub. Bayaq dedim, bir … Leylanın uğur hekayəsi oxumağa davam et

Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir?

Müəllif: Günel Mövlud Şiddətə qarşı məlumatlanaq, şəbəkələşək! Bir aya yaxındır ki, sosial şəbəkələrdə Rim Geli adlı şiddət qurbanı barədə məlumatlar paylaşılır. Rim Geli iriçaplı məmur Elxan Orucovun oğlu Ruslan Orucovun keçmiş həyat yoldaşıdır. 11 illik evlilik boyunca Rim döyülüb, hədələnib, ailəsindən miras qalmış evləri satılıb, özü Rusiya vətəndaşı olduğu üçün dəfələrlə uşaqları əlindən alınaraq, deportasiya ediləcəyi ilə hədələnib. Məhkəmə yüksək çinli məmurdan çəkinərək, qadının övladlarını … Rim Gelinin hadisəsi bizə nələri öyrətməlidir? oxumağa davam et

Aygünün uğur hekayəsi

  Adım Aygündür. Mənim həyatım çox qəribə olub. Tam bir filmlik, seriallıq. 18 yaşım olanda nişanlandım sevdiyim oğlanla. 7 aydan sonra nişanı qaytardı oğlan ailəsi. Razı deyildilər bizim evliliyimizə. Kənd yeri idi. Söhbət yayıldı. Bütün kənddə qeybətimi etməyə başladılar ki, görəsən qızın nə eyibi varmış ki, oğlan tərəf nişanı qaytarıb.  Bu söhbət ailəmizə çox ciddi təsir elədi. Hamı məhv olmuşdu. Gündə döyülürdüm evdə. Heç cür … Aygünün uğur hekayəsi oxumağa davam et

Övlada görə dözmək

Müəllif: Günel Mövlud         Mən o günü çox dərin bir kədərlə xatırlayıram. Çünki o gün hər şey başqa cür olsaydı, yəqin ki, həyatımdan çox şey daha yaxşı olacaqdı. Amma o gün heç nəyi dəyişmədi. Sadəcə yaddaşımda dərin, hüznlü, uşaq olduğuma baxmayaraq, yaxşı hiss edə bildiyim məğlubluq dolu bir iz buraxdı. Ağlım kəsəndən atamı sevməmişəm. Sevməyə cəhd etmişəm amma. Onun yaxşı xüsusiyyətlərinə daha çox … Övlada görə dözmək oxumağa davam et

Transgender qadının uğur hekayəsi: “Mən seks köləsi olmaqdan imtina etdim”

Adım Amelidir. Oğlan bədənində doğulmuşam, amma uşaq vaxtı qızlara daha çox empati bəsləyirdim. Onların paltarlarından xoşum gəlirdi. O vaxt transgenderin nə olduğunu bilmirdim, özümdə bir problem olduğunu düşünürdüm. Amma böyüdükcə internetdən bu barədə oxudum, öz kimliyimi anladım. Ailəm bunu hələ mən yeniyetmə ikən başa düşmüşdü. Atam olmayıb, məni anam, babam və nənəm böyüdüb. Bir dəfə 8-də oxuyanda anam otağıma girib məni makiyaj edərkən yaxaladı. Həmin … Transgender qadının uğur hekayəsi: “Mən seks köləsi olmaqdan imtina etdim” oxumağa davam et

Şiddət göstərən kişilərin iki tipi

Müəllif: Humay Axundzadə     Çoxları elə düşünür ki, ailədə şiddət göstərən kişilər mütləq mənada psixi pozuntulu və ya ruhi xəstələrdir. Mediada dəhşətli qətl hadisələrindən xəbər tutanda elə bilirik ki, bu, yalnız sosial-iqtisadi çətinliklər yaşayan, təhsil səviyyəsi aşağı olan ailələrdə baş verə bilər. Əslində isə ailədə şiddət cəmiyyətimizin bütün sosial-mədəni təbəqələrini əhatə edir. Sadəcə, bəzi mühitlərdə bu, daha açıq-aşkar və daha çılpaq şəkildə olur. Digərləri … Şiddət göstərən kişilərin iki tipi oxumağa davam et