“Ağ zolaq” zorakılığa məruz qalan qadınlara yardım üzrə təşəbbüs qrupu tərəfindən “Məişət zorakılığı – fərqindəlik və qurtuluş” adlı seminar təşkil olunub.
Seminar 28 iyul 2019-cu il saat 18.00-da Baku İdealab ofisində baş tutub.
Seminarda “Məişət zorakılığı nədir?”, “Hansı növləri var?”, “Fiziki zorakılıq zamanı ata biləcəyimiz addımlar hansılardır?”, “Öz təhlükəsizliyimizi necə təmin edə bilərik?”, “Məişət zorakılığına məruz məruz qalmış şəxslərə hansı köməkliyi göstərə bilərik?” kimi suallar müzakirə edilib.
Seminarın spikeri Nisə Hacıyeva Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Daha sonra Turin Universiteti və Beynəlxalq Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət araşdırma İnstitutunun (UNICRI) Beynəlxalq Cinayət və Ədalət proqramı üzrə magistr dərəcəsi alıb. Bakı Dövlət Universitetində gender fənnini tədris edib. Hal hazırda isə elm fəlsəfəsi üzrə araşdırma edir.