Gözləyək onlar sistemi dəyişsin, sonra?

 Müəllif: Fidan Nazar

Qarabağda müharibə vaxtı Ermənistan hərbçiləri tərəfindən öldürülən qadınların sayından çox, ölkə daxilində azərbaycanlı kişilər, yəni ərləri, qardaşları, oğulları, bir sözlə kişi qohumları tərəfindən, öz evinin içində öldürülən qadınlar var. Amma birinci qətliam daim lənətlənir. Yaxşı, bəs o soyqırımdır, ikinci variantdakı qətllər nədir? O problemdirsə, bəs, bu nədir?! Erməni öldürən candır, azərbaycanlı öldürən nədir?! Müharibədə öldürülənlər insandırsa – bu meyidləri ortada qalanlar kimdir?

 Şiddətə görə evindən, şəhərindən, rayonundan, kəndindən, ölkəsindən didərgin düşür qadınlar. Qaçmağa, gizlənməyə, qohumları tərəfindən öldürülməmək üçün yer axtarır qadınlar. Erməni edəndə “yurdumuzdan qaçqın düşdük” amma azərbaycanlı edəndə “nəsə poxu olub, onu buna qarışdırma” olur?!

Ölkədə hər il milyona yaxın qız doğranılır ana bətnində. Erməninin tikələdiyi körpələrin ahı var, sırf cinsiyyətinə görə artıq formalaşmış körpənin tikəsinin səssizliyi haqq deyil?!

 Hansı ədalətli baxış bucağıdır bu? Kimin ədalətidir bu? Mən niyə bir stəkan çaya görə döyülən, üstünə bıçaq çəkilən qadına deməliyəm ki, sən allah hələ gözlə, bunlar hakimiyyəti devirsin, Qarabağı alsın. Hələ dayan, daha ağıllıları da kommunist dünya qursun. Sonra saxlayaram sənə qalxan əli, sonra etiraz edərəm, sonra gey dostlarıma deyərəm “Gözləyin, siz allah. Orientasiyanıza görə işdə, məktəbdə bullinq , qovulma yaşayırsız, amma bir az da döz, mən sizə əl tutacam”.

Uşaqlara nə deyim?

Heyvanları nə edim?

“Pardon”, sizin nazınızı gözləyim?! 

 Sapı özünüzdən olan baltaların törətdiyi murdarlıqlara nə vaxta qədər göz yummaq, ört-basdır etmək, başına sığal çəkmək və bu qədər rəzilliyə kor qalmaq fikriniz var?

Mənim problemim Qarabağdan da, Kantdan da, kommunizmdən də, liberalizmdən də köhnədir. Sizin 100 illik boşboğazlığınızın həll edilməsini gözləyim, yoxsa əsrlərdir, eralardır həll edilməyən qadın-uşaq, heyvan haqqları problemini? LGBTQİ problemini ?!

 Bacarırsan başla.

Bacarmırsan mane olma.

Sənə mən maneə törətmirəm.

Ən böyük maneə beynindədir.

Mən səni GÖZLƏMİRƏM!

Məndən gözləniləni EDİRƏM!

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma